Ucarda iki ağırtonajı avtomobil toqquşub, xəsarət alan var – FOTO

Cəmiyyət


Ucarda 2 ağırtonajı yük avtomobili toqquşub.

APA-nın xəbərinə görə, hadisə bu gün Bakı-Qazax magistral yolunun rayonun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Gəncə istiqamətində hərəkətdə olan iki yük avtomobilinin toqquşması nəticəsində bir nəfər müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, zərərçəkənin vəziyyəti ağır olduğundan hələlik şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Qəza nəticəsində magistral yolda hərəkət qismən məhdudlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir