Məclisdə çəkdirdiyi fotoları görəndən sonra hindistanlı gənc həyatını kökündən dəyişib.
Məlumata görə, 28 yaşlı Saarthak Aneha heç vaxt sağlamlığına və qidalanmasına diqqət yetirməyib. Nəticədə onun çəkisi 133 kiloqrama çatıb. Gənc hər zaman özünü əzgin hiss edib, ərincək olub və istənilən fəaliyyətdən tez yorulub. Bundan əlavə, zaman keçdikcə ona uyğun paltar tapmaq getdikcə çətinləşib.
Nəhyət bir dostunun ad günündə çəkdirdiyi fotolarda çox pis düşdüyünü görən Aneha arıqlamaq qərarına gəlir.
O, intervallı aclığa keçib, axşam saat yeddidən sonra yemək yeməyib. Bundan əlavə, o, rasionuna daha çox proteinli qidalar daxil edib və porsiya ölçülərinə ciddi şəkildə nəzarət edib. İdman zalında isə hər gün bir saatını kardio məşqlərinə, bir saatını güc məşqlərinə ayırıb, həftə sonları badminton və ya kriket oynayıb.
Beləliklə o, 5 ay ərzində çəkisini 133 kiloqramdan 85 kiloqrama qədər azalda bilib.
Gənc hindistanlı bu şəkillərin həyatını yenidən ona qaytardığını bildirib. Özünü gümrah, cavan və sağlam hiss etdiyini deyən Aneha həyat tərzini dəyişmək istəyənlərə də öz tövsiyəsini verib və bildirib ki, əsas məsələ məqsədə doğru davamlı fəaliyyətdir.
Mənbə: Lenta.ru
www.102info.az
