Qəbələdə narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Baş səhifə

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan 102info.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı Qəbələ şəhər sakini, əvvəllər də narkotiklərin dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Ülfət Bağırov saxlanılıb. Saxlanılan şəxsin üzərinə və yaşadığı ünvana baxış keçirilərkən sellofan torbalarda qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə rayon sakini, əvvəllər də məhkum olunmuş İlqar Nəsirov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən də qurudulmuş marixuana aşkarlanıb.
Faktlarla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Vüsalə

Bağırova

102ci qəzetin Bölgə müxbiri

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir