Maşın təkərini yola yuvarlayan şəxslərlə bağlı araşdırmalara başlanıldı – YENİLƏNİB + VİDEO

Cəmiyyət


Maşın təkərini yüksəklikdən buraxaraq, yolda hərəkət edən nəqliyyat vasitələri üçün təhlükə yaradan şəxslər barədə araşdırma başladılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Zeyni Hüseynov məlumat verib.

Bildirilib ki, qurum yayılan görüntülərdən məlumatlıdır:

“Araşdırma aparılır, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

01:00

Bakıda yeniyetmələrin “oyunu” sosial şəbəkələrdə gündəm olub.

Oxu.Az xəbər verir ki, paylaşılan görüntülərdə yeniyetmələrin maşın təkərini yüksəklikdən buraxaraq, yolda hərəkət edən nəqliyyat vasitələri üçün təhlükə yaratdığı an əks olunub.

Videodan yeniyetmələrin bu vəziyyəti “oyuna” çevirərək güldükləri də məlum olur.

Qeyd edək ki, xoşbəxtlikdən sözügedən hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Nəzrin Vahid

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir