Fələstinlilərə yardım aparan 20 yük maşını “Rəfah” nəzarət-keçid məntəqəsindən Qəzzaya daxil olub

Dünya


Qəzza zolağının əhalisi üçün humanitar yardım aparan 20 yük maşınından ibarət karvan Misirlə sərhəddə yerləşən “Rəfah” keçid məntəqəsindən Fələstin anklavına daxil olub.

Verilən məlumata görə, sektor sakinlərinə çatdırılan yardımın əsasını yaralıların təcili müalicəsi üçün dərman vasitələri təşkil edir. Bundan əlavə, Misir Qızıl Aypara Cəmiyyətinin nümayəndəsinin sözlərinə görə, Qəzzaya qida, su, çadırlar və şəxsi gigiyena vasitələri göndərilib.

Mənbə: “Sada El Balad” televiziya kanalı

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir