Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 nömrəli tam orta məktəbdə “Narkomaniyaya və erkən nikahlara yox deyək!” mövzusunda tədbir təşkil olunub

Daxili İşlər Nazirliyi secilmis

Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 nömrəli tam orta məktəbdə “Narkomaniyaya və erkən nikahlara yox deyək!” mövzusunda tədbir təşkil olunub.

Çıxış edən Astara RPŞ-nin rəisi, polis polkovniki Azər Cəfərov, RİH başçısının müavini Firəngiz Sadıxova və digər aidiyyəti qurumların nümayəndələri bildiriblər ki, narkomaniya, narkotiklərin qanunsuz istehsalı və yayılması bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli və qlobal problemlərdəndir. Təəssüflər olsun ki, bu ümumbəşəri problem ölkəmizdən də yan keçməyib. Narkotiklərin cəmiyyət üçün təhlükəsi artdıqca onunla mübarizənin gücləndirilməsi zərurəti də artır və aktuallaşır. Tədbirdə həmçinin erkən nikahların səbəb olduğu ağır nəticələrdən, bu kimi neqativ hallara qarşı görülən işlərdən söz açılıb.
Sonra müzakirə olunan mövzularla əlaqədar videoçarxlar tədbir iştirakçılarına nümayiş etdirilib, məktəblilərin sualları cavablandırılıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir