ABŞ senatorunun erməni həyat yoldaşı ölümlə nəticələnən cinayət törədib

Dünya


ABŞ-nin ermənipərəst senatoru Robert Menendesin həyat yoldaşı Nadin Arslanyan piyadanı vuraraq öldürüb, lakin cinayət təqibindən yayınıb.

“The New York Times”a istinadən yayılan xəbərə görə, ölümlə nəticələnən qəza 2018-ci ilin dekabrında Nyu-Cersi ştatının Boqota şəhərində baş verib, lakin medianın diqqətini cəlb etməyib və heç bir ittiham irəli sürülməyib.

Avtomobili senator Robert Menendesin gələcək həyat yoldaşı Nadin Arslanyan idarə edib. O, polisə yola çıxan şəxsi görmədiyini bildirib.

Qəza nəticəsində 49 yaşlı Riçard Koop dünyasını dəyişib. Berqen Dairəsinin Tibbi Ekspertizasına görə, onun cəsədi yolun kənarında tapılıb və tanınmaz halda olub.

Qısa sorğu-sualdan sonra polis maşında tək olan Nadin Arslanyanın (Menendes) “günahsız” olduğu qənaətinə gəlib. Ona qarşı heç bir ittiham irəli sürülmədən buraxılıb.

“Həmin axşam baş verənlər barədə uzun illər ərzində xəbər verilməyib, bu da öz növbəsində şahidlər və R.Koopun ailəsi tərəfindən ölümcül hadisənin qəsdən gizlədildiyi barədə şübhə yaradıb. Ancaq indi təxminən beş il sonra bu hadisə Amerika siyasətini sarsıdan qalmaqala yeni bir səhifə əlavə edir və bu qalmaqalın mərkəzində olan senatorla bağlı yeni suallar doğurur”, – məqalədə vurğulanıb.

Bildirilib ki, bəzi faktlar bu cinayətin polis tərəfindən ört-basdır edildiyini deməyə əsas verir. Belə ki, polisin verdiyi məlumata görə, Nadin Arslanyan qəzadan sonra narkotik və ya spirtli içki qəbul etməsi ilə bağlı yoxlanılmayıb və R.Koopun yaxınlıqdakı xəstəxanada öldüyü elan edilməzdən bir müddət əvvəl ona hadisə yerini tərk etməyə icazə verilib.

Qeyd edək ki, ABŞ Konqresindəki ermənipərəst senator Bob Menendesin qızıl külçələr şəklində rüşvət aldığı iddia edilir və hazırda federal prokurorlar tərəfindən istintaq altındadır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir