Məhkəmə xitam qərarı verdi (YENİLƏNİB)

Ölkə

Milli Məclisin deputatı Anatoliy Rafailov barəsindəki inzibati işə xitam verilib. 

102info.az Qaynarinfo-a istinadən xəbər verir ki, deputat barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdi və iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdi. 

Sentyabrın 14-də Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi işə baxılıb. Hakim işə xitam verilməsi barədə qərar çıxarıb. 

Anatoliy Rafailov 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilib. 

Yəhudi əsilli deputat Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. 

Yeri gəlmişkən, bu gün yəhudi təqvimi ilə yeni il – Roş ha-Şanadır. Yəhudi xalqı 5784-cü ilin gəlişini qeyd edir. 

Prezident İlham Əliyev Roş-ha-Şana münasibəti ilə Azərbaycanın yəhudi icmasını təbrik edib. 

Qaynarinfo da Roş-ha-Şana münasibəti ilə deputat Anatoliy Rafailovu və Azərbaycanın yəhudi icmasını təbrik edir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir