Kür çayında suyun səviyyəsi qalxıb – FOTO

Cəmiyyət


Kürün Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi bir metrə qədər qalxıb.

“Report”un məlumatına görə, son günlər ölkəmizdə havaların qeyri-sabit və yağıntılı keçməsi dağ çaylarında olduğu kimi, Kür çayına da təsirini göstərib.

Bu, xüsusən çayın aşağı axınında – Salyan rayonundan keçən hissəsində özünü daha çox büruzə verir. Belə ki, təkcə son iki gündə çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi 95 santimetr qalxıb.

Bu da Kür sahilində quraşdırılmış dayanıqlı və üzən su nasoslarının məhsuldar işləməsinə müsbət təsir göstərib.

Mütəxəssislərin fikrincə, proses bir neçə gün davam edəcək.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir