KİV: Paşinyan Qarabağı könüllü tərk edən erməniləri ölkəsinə qoymaq istəmir

Dünya


“Azərbaycanın Qarabağ bölgəsini könüllü tərk edən ermənilər heç bir halda İrəvanda yerləşdirilməməlidir”.

 “Hraparak”ın məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz komandasının üzvlərinə xəbərdarlıq edib.

Onun sözlərinə görə, əks halda onlar Ermənistan hakimiyyəti üçün “saatlı bomba”ya çevrilə bilər.

“Ermənistan hakimiyyəti hesab edir ki, Rusiya sülhməramlıları 20 minə yaxın erməninin Qarabağda qalmasını təmin etməyə çalışacaqlar”,  – deyə Ermənistanda dərc edilən nəşrdə iddia edilir.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir