Bəzən elə adamlar olur ki, 100 il ömür sürür..Lakin öləndən sonra xatırlayanda belə insanın ölümünə yox, yaşadığı ömrünə heyfin gəlir..Şərəfli yaşamaq, ləyaqətli ömür sürmək, adını tarixə yazmaq da hər adama nəsib olmur.
Dostlar bu gün Kəlbəcərimizin bir pəhlavanı haqqında sizlərə qısa arayış verəcəyəm.
YAHYA QƏNBƏR OĞLU CAMALOV..
1937 ci ildə Kəlbəcər rayonunun Orta Qaraçanlı kəndində anadan olmuşdur.1963 cü ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitunu fərqlənmə ilə bitirib Ali təhsillə doğma rayonumuza qayıtmışdır.
1961- 1965 ci illərdə Kəlbəcər rayon Orta məktəbində idman müəllimi işləmişdir..Onu da xatırladım ki şəxsən mənim də müəllimim olmuşdur.
1965-1988 ci illərdə Kəlbəcər Rayon daxili İşlər şöbəsində müxtəlif vəzifələrdə şərəf və ləyaqətlə işləmiş və oradan da milis kapitanı rütbəsində təqaüdə çıxmışdı..Əmək veteranı idi..
Rayonumuzda işlədiyi müddət ərzində hörmət və izzət qazanmışdı..Bunu təkcə mən demirəm hər bir Kəlbəcərli deyərdi ki, Yahya müəllim çox gözü tox adamdır. Yahya müəllimdə çox gözəl danışıq qabiliyyəti vardı. Onun adi söhbətində..adi danışığında bu aydınlıqı və gözəllyi hamı hiss edərdi…Buna “Nitq Mədəniyyəti” deyilir. Hansı ki bu da bir Allah vergisi idi Yahya müəllimdə.. Bəli Yahya müəllim həm nitqində, həm də davranışında mənim üçün ideal bir adam idi..Bərdədə yaşayırdı..Orada da dostluğumuz davam edirdi..
İlk öncə onu deyim ki, Yahya müəllim 1960 cı ildən “Dinamo” cəmiyyətinin sambo üzrə fəxri üzvüydü..
1962 ci ildə ağır çəkidə SSRİ İdman Ustası adına layiq görülmüş ilk Kəlbəcərli idi.
O həm də ağırlıq qaldırmaq üzrə də ağır çəkidə Birinci dərəcəli Azərbaycan diplomuna layiq görülmüşdür..( 265 kq+ 3 kq)…Bu heç də kimlərəsə asan gəlməsin..
Bu məqamdaa onu da xatırladım ki, SSRİ də ağır çəki üzrə birinci dərəcəli yeri tutan ilk Azərbaycanlı Pəhləvan da Yahya Camalov..Kəlbəcərli olubdur.
Yahya Pəhləvan əsasən idmanın SAMBO növü ilə şöhrətlənmişdi və saysız-hesabsız təltifləri vardı.. Bu təltiflərin hamısını olmasa da bir neçəsini sizlərə xatırladım:
1959 cu ildə 2 dəfə.. birinci dərəcəli Azərbaycan diplonu..
1960 ildə yenə 2 dəfə.. birinci dərəcəli Azərbaycan diplomu..
1962 ci ildə yenə birinci dərəcəli Azərbaycan diplomu..
Onu deyim ki Yahya pəhləvan hər il dalbadal birinci dərəcəli diplomla Kəlbəcərə dönərdi..O bir-iki il bundan öncə Bərdədə haqq dünyasına qovuşdu..Allah rəhmət eləsin. Ruhu şad olsun
İndi Siz deyin dostlar..Belə insanları unutmaq olarmı?!..
Ruhuna hörmətlə Yusif Hüseyn…
www.102info.az
