Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və bu bölgədə qeyri-qanuni olaraq qurulmuş rejimin qondarma “seçkilər”i BMT-nin Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır.
Qondarma “seçkilər”in keçirilməsi bir daha göstərir ki, Ermənistan işğalçı siyasətinin davam etməsi üçün hər bir yola əl atır, regionda sülhün bərqərar olmasında həqiqətən maraqlı deyil. Bütün dünya dövlətlərini və beynəlxalq təşkilatları Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn bu addımlara düzgün siyasi qiymət verməyə və Ermənistanın qondarma rejiminin qanunsuz fəaliyyətlərini qətiyyətlə pisləməyə çağırıram.
🇦🇿
Karabakh is the sovereign territory of the Republic of Azerbaijan, and the so-called “elections” of the illegally established regime in this region are a gross violation of the UN Charter and the principles of international law. The holding of so-called “elections” once again shows that Armenia uses every means to continue its occupation policy, and is not really interested in establishing peace in the region. I call on all world states and international organizations to give a correct political assessment of these steps against the sovereignty and territorial integrity of Azerbaijan and to strongly condemn the illegal activities of the so-called regime of Armenia.
www.102info.az
