İtaliya hərbi təyyarəsi qəzaya uğradı: Beş yaşlı qız öldü – VİDEO

Dünya


İtaliyanın “Frecce Tricolori” akrobatika komandasının təyyarəsi Turin yaxınlığında təlim uçuşu zamanı qəzaya uğrayıb.

Məlumata görə, bu, bazar gününə planlaşdırılan aviaşoudan əvvəlki son uçuş olub. Təyyarə hündürlüyünü itirərək qrupdan ayrılıb və aerodrom yaxınlığında uçuş-enmə zolağına düşərək alışıb. Pilot vaxtında təyyarəni tərk etməyi bacarıb.

Bildirilir ki, təlim təyyarəsinin qəzaya uğraması nəticəsində beş yaşlı qız ölüb. Belə ki, təyyarə içərisində bir ailənin olduğu avtomobilin üzərinə düşüb.

Qızın doqquz yaşlı qardaşı, anası və atası da ağır yanıq xəsarətləri alıb və Turin xəstəxanasına aparılıb. Təyyarənin pilotu da yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Mənbə: TASS

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir