27-ci “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsində “Haber Global” TV-nin əməkdaşları üç kateqoriya üzrə qalib olublar.
Oxu.Az xəbər verir ki, qaliblərin siyahısı bu gün keçirilən mətbuat konfransında açıqlanıb.
Bildirilib ki, Ukrayna müharibəsi zamanı Çernobıl AES-dəki təhlükə barədə məlumat verən CNN Türk operatoru Buğra Benlioğlu və “Haber Global” TV-nin müxbiri Murat Karataş “Çernobıl” başlıqlı xəbərlə xüsusi xəbər kateqoriyasında mükafata layiq görülüb.
Həmçinin Türkiyə və Azərbaycan dostluq əlaqələrinin inkişafına verdiyi dəstəyə görə “Haber Global” televiziyası Türkiyə Xəbər Operatorları Assosiasiyasının xüsusi mükafatı ilə təltif edilib.
Rusiya-Ukrayna müharibəsi ilə bağlı “Savaşın izləri” adlı material hazırlamış “Haber Global”ın müxbiri Mehmet Altunışık da mükafata layiq görülüb.
Bundan başqa, ailəsini Hataydakı zəlzələ nəticəsində itirməsinə rəğmən “Ailəm Hatay” başlıqlı reportaj hazırlamış “Haber Global” televiziyasının müxbiri Hasan Uylaş və onun operator yoldaşı münsiflər heyətinin xüsusi mükafatına layiq görülüblər.
12:56
27-ci “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsində 18 azərbaycanlı müxbir və operator 11 nominasiya üzrə qalib olub.
Oxu.Az xəbər verir ki, qaliblərin siyahısı bu gün Xəzər Media Mərkəzində keçirilən mətbuat konfransında açıqlanıb.
Müsabiqənin Azərbaycan üzrə qalibləri aşağıdakılardır.
Xəbər görüntüsü nominasiyası:
Birinci yer: “Real TV”, Elşad Heydərov
Özəl xəbər nominasiyası
Birinci yer: AZƏRTAC, İsgəndər Qəmbərov
İkinci yer: “Xəzər TV, Vüsal Cəfərov
Reportaj nominasiyası:
Birinci yer: “İctimai TV”, Ceyhun Mustafayev
Sərbəst nominasiya:
Birinci yer: ARB TV, Aidə Zərgərova
Serial nominasiyası:
Birinci yer: ATV, Elvin Zeynalov
İkinci yer: ARB TV, Turan Novruzova
Aktual xəbər nominasiyası:
Birinci yer: ARB TV, Tacəddin Quliyev
Xəbər proqramı nominasiyası:
Birinci yer: “Xəzər TV”, Aslan Qarayev
Müsabiqədə Azərbaycanın işğaldan azad olunmuş bölgələrinin adına xüsusi mükafatlar da verilib:
Ağdam mükafatı – “Xəzər TV”, Lalə Azərtaş
Şuşa mükafatı – “Xəzər TV”, Lalə Azərtaş
Laçın mükafatı – “İctimai TV”, Anar Ağazadə
Kəlbəcər mükafatı – “Baku TV”, Elgün Hümbətov
Füzuli mükafatı – AzTV, Ramil Qocayev
Zəngilan mükafatı – ARB, Rasil Salehliyə təqdim olunacaq.
Bundan başqa:
Münsif mükafatı – “İctimai TV”, Ramin Mehdi
Türkiyə Xəbər Kameramanları Assosiasiyası mükafatı – ARB TV, Kamilə Hüseynli
Türkiyə-Azərbaycan dostluq mükafatı – Türkiyənin NTV telekanalından Esra Gezginciyə veriləcək.
Qeyd edək ki, 1996-cı ildən bəri keçirilən “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsi Türkiyə Xəbər Operatorları Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. Sentyabrın 3-də İstanbulda Türkiyə və digər ölkələrdən müsabiqəyə verilən görüntüyə Türkiyə münsiflər heyətinin baxışı və səsverməsi baş tutub.
Müsabiqənin idarə heyətinin üzvləri sırasına Türkiyə Xəbər Operatorları Assosiasiyasının sədri Aytekin Polatel, Türkiyə Xəbər Operatorları Assosiasiyasının sədr müavini Ahmet Akpolat, Türkiyə Xəbər Operatorları Assosiasiyasının Azərbaycan üzrə nümayəndəsi İsgəndər Qəmbərov, İbrahim Büyükkerkmen, Mehmet Rıza Marufoğlu, Mustafa Soybaş, Mustafa Kara daxildirlər.
Onu da qeyd edək ki, 27-ci “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin mükafatlandırılma mərasiminin sentyabrın sonlarında Azərbaycanda keçirilməsi planlaşdırılır.
Aysel Aslan
www.102info.az
