Millət vəkili Aqil Məmmədov Ağdaş rayon, Zeynəddin kəndi və ətraf ərazilərdə müvəqqəti məskunlaşmış Kəlbəcərdən olan vətəndaşlarla görüş keçirmişdir.
Görüş zamanı Millət vəkili Aqil Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, həmçinin əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açmışdır.
Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən şəxsi məsələləri diqqətə çatdırmışlar.
Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüş, Millət vəkilinin səlahiyyətlər daxilində olan məsələlərin həll istiqamətində müvafiq tapşırıqlar verilmiş, bir qurup məsələlərlə əlaqədar müvafiq izahat işləri aparılmış, digər məsələlərlə əlaqədar olaraq müvafiq dövlət qurmalar qarşında məsələ qaldırlacağı bildirilmişdir.






www.102info.az
