Vətəndaş Valeh Ədilovun redaksiyamıza göndərdiyi videonu təqdim edirik. Bakıdan Astara istiqamətində hərəkət edərkən qarşımdakı sürücünün hərəkətlərinin qeyri adekvat olduğu hiss olunurdu. Lakin bu hərəkətlər məqsədli qayda pozuntusundan çox zaman-zaman sükan arxasında olan sürücünün idarəetməni itirməsinə bənzəyirdi.
Elə mənimdə bu vəziyyətdan narahatçılığım davam edirdi ki Salayan postuna yaxınlaşanda DYP əməkdaşları şəxsi saxladı daha sonrası isə görüntülərdə var. Polisin diqqəti, ayıq sayıqlığı və peşəkarlığı bəlkədə ağır bir hadisənin qarşısını aldı. Bizdə öz növbəmizdə bütün sürücülərdən yollarda diqqətli olmağı ağır hadisələrin qarşısının alınmasında məsuliyyətli münasibət göstərməyi xaiş edirik.
www.102info.az
