Ukraynanın Ermənistandakı səfirinin müşaviri Göyçə gölündə boğulub.
Bu barədə Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat verib.
Avqustun 13-də axşam saatlarında Göyçə gölünün ikinci ictimai çimərliyində növbətçi xilasedicilər sahildən 25 metr aralıda çimərkən gözdən itən vətəndaşı görüblər.
Xilasedicilər kişini təxminən 1,5 m dərinlikdən çıxara biliblər və onu qayıqla sahilə gətiriblər. Ancaq təcili yardım işçiləri onun artıq öldüyünü təsdiqləyiblər.
Sonradan ölən şəxsin Ukraynanın Ermənistandakı səfirinin müşaviri olduğu müəyyən edilib.
Mənbə: İnfoteka.24
www.102info.az
