Türkiyəli iş adamı Bakıda qızını xilas edən zaman batıb

Cəmiyyət


Ötən gün Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində suda batan Türkiyə vətəndaşı dörd yaşlı qızını xilas edən zaman boğulub. 

Oxu.Az-ın məlumatına görə, 1983-cü il təvəllüdlü Süleyman Filizin dörd yaşında qızı suda boğulma təhlükəsi ilə üzləşib. Bu zaman o, suya girib, qızı xilas olsa da, qayalıqlar deyilən ərazidə onun cansız bədəni aşkarlanıb.

S.Filizin meyiti aidiyyəti üzrə təhvil verilib. 

Türkiyə vətəndaşının iş adamı olduğu bildirilir.

İlhamə Əbülfət 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir