Ötən il avqustun 5-də Laçında şəhid olan Samir Xudiyevin böyüyüb boya-başa çatdığı küçə onun adını daşıyır.
102info.az xəbər verir ki, şəhidin adı Bakının Sabunçu rayonu, Yeni Ramana qəsəbəsindəki küçəyə elə ildönümü ərəfəsində verilib.
Qeyd edək ki, 2003-cü il təvəllüdlü Samir Xudiyev ötən il Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində vəfat edib. Döyüş tapşırığını yerinə yetirərkən həlak olduğu üçün o, şəhid statusu alıb.
O, Ramana qəsəbəsinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

www.102info.az
