Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Ucqar Dağ Kəndlərində Sakinlərlə Görüşüb

İCRA HAKİMYYƏTİ Sosial

Masallının Dico və Ulum kəndlərində yurdu yaşadanlar…

Bu günlərdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayonun Miyənkü kənd inzibati ərazi vahidinə daxil olan Dico və Ulum kəndlərində olmuşdur. Bu yerlərin rəsmi sənədlərdə adı yoxdur. Hər iki kənd Talış dağlarının ortasında ünvan tapıb. Buraların meşəliklərində əsasən qoz, armud, alma ağacları yetişir.
Rayon rəhbərinin həmin kəndlərə fəaliyyət göstərdiyi bir ildə, üçüncü səfəridir. Həmin səfər Araz Əhmədovun tapşırığına əsasən dağ relyefli ərazisində quraşdırılan əraziyə əvvəllər adi cığırın sonradan avtomobillərin gediş-gəlişinə şəratin yaradılması ilə əlamətdar olmuşdur. Belə ki, çoxlarının bilmədiyi və xəritədə göstərilmədiyi kəndin yüz illər tarixində belə yolu olmamışdı. Viləşçay Su Anbarı İstismarı İdarəsi tərəfindən istifadəyə verilən yol meşəliklərin içərisindən keçir və uzunluğu 11 kilometrdir.
Araz Əhmədov əvvəllər qayğıdan və lazımi şəraitdən uzaq olan Dico və Ulum kəndlərinə gedən yolda görülmüş işlərlə yerində tanış olmuş, baxış keçirmiş, tapşırıq və tövsiyyələrini vermişdir. Bildirmişdir dağ adamları yurdu yaşadanlardır. Bir vaxtlar burada da ailələr olub, yaşayıblar, fəaliyyət göstəriblər, meşəçilik peşəsi ilə məşğul olublar. İndi bu iki kəndin hər birində 2 ailə yaşayır. Əsasən heyvandarlıqla, arıçılıqla məşğul olurlar. Əvvəllər ibtidai məktəbi olan məkanın köhnə, balaca uçulmuş binası, yaşayış evləri qalıb. Təsəvvür edin ki, hazırda burada uşaqların təhsil alması üçün hüç cür şərait yoxdur. İşığı, qazı, rabitə xətti yoxdur. Telefon da işləmir. Çalışacağam ki, kəndə elektrik xətti çəkilsin, transformator qoyulsun. Çünki, Dico və Ulum kəndlərində yurdu yaşadanlar var. Bura Masallının ən ucqar kəndləridir.
Həmin təşəbbüsə Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov da qoşulur.
Sora rayon rəhbəri hər kəndin hər birində iki ailə yaşayan sakinlərlə çay süfrəsi arxasında səmimi həmsöhbət olmuş, məişət və sosial problemlərin çətinlikləri ilə bir daha maraqlanmışdır.
Ulu Öndər Heydər Əliyevin 100 illiyində dağ adamları səmimi keçən görüşdə yararsız yolun Məhərrəmlik günlərində rahat istifadə etmələri üçün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Ali Baş Komandan cənab İlham Əliyevə, onun uğurlu siyasətini rayonumuzda davam etdirən rayon rəhbəri Araz Əhmədova minnətdarlıqlarlıq bildirmişlər.
Görüşlərdə Dicolu və Ulumlu ailələr və uşaqlar xatirə olaraq Masallı rayon rəhbəri ilə şəkillər çəkdirmişlər.

ƏLİHÜSEYN ŞÜKÜROV,
Masallıda çıxan «Yeni həyat» ictimai-siyasi qəzetinin Baş redaktoru.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir