Şəmkirdə avtomobil maneəyə çırpıldı: Xəsarət alanlar var

Cəmiyyət


Şəmkirdə avtomobil maneəyə çırpılıb, dörd nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə rayonun Sabirkənd kənd yolunda qeydə alınıb.

VAZ markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində, 2004-cü il təvəllüdlü K.Abbasov, 2003-cü il təvəllüdlü İ.Qasımov, 2005-ci il təvəllüdlü E.Həsənov və 2001-ci il təvəllüdlü İ.Əmirxanov xəsarət alıb.

Zərərçəkmiş şəxslər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir