Qəhrəman polis uşağı xilas etdi, ancaq… Öldülər

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

102info.az xəbər verir ki, Naxçıvan MR Babək rayonu Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışan fədakar, qəhrəmanlıq edən polis əməkdaşı boğularaq həyatını itirib.

Bu gün xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vusal Əbülfəz oglu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib. Daha sonra uşağın anası—1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüblər.

Allah rəhmət eləsin.

Məlumatı Naxçıvan MR DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir