Polis nəfəri avtoqəzada həyatını itirib.

Daxili İşlər Nazirliyi

İyulun 15-də saat 22 radələrində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, Elman Süleymanovun idarə etdiyi “Mitsubishi Pojero” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində sürücü ölüb, avtomobildə olan 7 nəfər sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlardan ikisi azyaşlıdır. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, E. Süleymanov polis nəfəridir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir