Konfrans Liqası: “Qəbələ” ilk oyunda Kipr klubuna məğub olub – YENİLƏNİB + FOTO/VİDEO

Dünya


“Qəbələ” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

Oxu.Az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Kipr “Omoniya”sını qəbul edib.

Qəbələ şəhər stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 3:2.

Cavab matçı bir həftə sonra Kiprdə olacaq. Cütün qalibi növbəti raundda “Midtullan” (Danimarka) – “Proqres” (Lüksemburq) duelinin güclüsü ilə üz-üzə gələcək.

Daha çox şəkil burada: PhotoStock.az

21:49

“Qəbələ” və Kiprin “Omoniya” komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

Oxu.Az xəbər verir ki, qonaqlar hesabda önə keçiblər – 2:3.

82-ci dəqiqədə Roman Bezus penaltini dəqiq yerinə yetirməklə het-trik edib.

21:28

“Qəbələ” və Kiprin “Omoniya” komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib – 2:2.

Əyyub Əllaş 62-ci dəqiqədə özünün və “qırmızı-qaralar”ın ikinci qoluna imza atıb.

21:15

“Qəbələ” və Kiprin “Omoniya” komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

Oxu.Az xəbər verir ki, qonaqlar hesabda önə keçiblər – 2:1.

50-ci dəqiqədə Roman Bezus ikinci dəfə cərimə zərbəsini dəqiq yerinə yetirib.

21:12

“Qəbələ” və Kiprin “Omoniya” komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

Hələlik hesab bərabərdir – 1:1.

Azərbaycan təmsilçisinin heyətində Əyyub Əllaş ikinci dəqiqədə hesabı açıb. 

Qonaqlarda isə Roman Bezus 45+1-ci dəqiqədə tarazlığı bərpa edib.

21:07

“Qəbələ” və Kiprin “Omoniya” komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

Tərəflər fasiləyə bərabərliklə yollanıblar – 1:1.

Azərbaycan təmsilçisinin heyətində Əyyub Əllaş ikinci dəqiqədə hesabı açıb. 

Qonaqlarda isə Roman Bezus 45+1-ci dəqiqədə tarazlığı bərpa edib.

20:55

“Qəbələ” və Kiprin “Omoniya” komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci qol vurulub.

Qonaqlar hesabı bərabərləşdirib – 1:1.

Roman Bezus 45+1-ci dəqiqədə fərqlənib.

20:11

“Qəbələ” və Kiprin “Omoniya” komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda erkən qol vurulub.

Azərbaycan təmsilçisi ikinci dəqiqədə hesabı açıb – 1:0.

Əyyub Əllaş qonaqları məyus edib.

20:08

“Qəbələ” və Kiprin “Omoniya” komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu start götürüb.

Qəbələ şəhər stadionundakı qarşılaşma saat 20:00-da başlayıb.

Görüşü rumıniyalı Andrey Çivulete idarə edir.

Cütün qalibi növbəti raundda “Midtullan” (Danimarka) – “Proqres” (Lüksemburq) duelinin güclüsü ilə üz-üzə gələcək.

19:14

Qəbələdə eyniadlı komanda ilə Kipr “Omoniya”sı arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün heyətlər müəyyənləşib.

Oxu.Az xəbəri verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Qəbələ”: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 28. Murad Musayev, 4. Lukas Afriko, 34. Urfan Abbasov, 7. Emil Səfərov, 99. Ahmed Ayzaya, 9. Əyyub Əllaş, 10. Omar Hani, 14. Ülvi İsgəndərov, 72. Osama Xalayla
Baş məşqçi: Elmar Baxşıyev

“Omoniya”: 40. Fabiano, 3. Adam Mettyuz, 5. Senu Kulibali, 22. Adam Lanq, 6. Markinyos Sipriano, 31. Yoannis Kusulos, 8. Moretu Kassama, 10. Loizos Loizu, 90. Roman Bezus, 7. Villi Semedu, 18. Kərim Ansarifard
Baş məşqçi: Sofronis Avqusti

Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir