İmişlidə avtomobil piyadanı vuraraq öldürdü – YENİLƏNİB + FOTO

Cəmiyyət
Spread the love


İmişlidə avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 94-cü kmilometrliyində rayonun Qaradonlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Polad Nofərov idarə etdiyi “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən, yolu keçmək istəyən Kamran Musayevi vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan piyada İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

19:55

İmişlidə avtomobil piyadanı vurub.

APA-nın məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının İmişli şəhəri ərazisindən keçən hissəsində baş verib.

Beyləqan sakini, Polad Əli oğlu Nofərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Qaradonlu kənd sakini, 1997-ci il təvəllüdlü Kamran Musayevi vurub. Piyada müxtəlif dərəcəli xəsarətlərlə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir