Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları Qurban bayramı münasibətilə Vətən müharibəsində igidlik və qəhrəmanlıq nümunəsi göstərərək şəhid olmuş hərbi qulluqçuların ailələrinə baş çəkiblər.

Polis əməkdaşları onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar. Gətirdikləri bayram sovqatını təqdim ediblər. Görüşlər zamanı şəhidlərimizin əziz xatirəsi yad edilib, onların müqəddəs amal uğrunda canlarından keçdikləri vurğulanıb.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir