Goranboyda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən rayonun Baxçakürd kənd sakini ona məxsus evdən oğurluq olunması barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin rayon sakini Elşən Həsənov olduğu müəyyən edilib. Aparılan araşdırmalarla şübhəli şəxsin vətəndaşa məxsus evdən ümumi dəyəri 12.000 olan xalça, qab-qacaq və digər məişət əşyalarını oğurladığı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir