“Bakıda “Son zəng” tədbirləri ilə bağlı məzunlar arasında inzibati xəta aşkar olunmayıb. 102info.az-ın sorğusuna cavab olaraq Bakı şəhər DYPİ-nin rəsmisi polis mayoru Araz Əsgərli bildirib ki Son zənglə əlaqədar paytaxt ərazisində umumtəhsil məktəblərinin ətrafında həm ərazi aidiyyatı üzrə, həmdə yol patrul xidməti əməkdaşları tərəfindən gücləndirilmiş qaydada xidmət təşkil olunub. Paytaxt ərazisində “Son zəng”tədbiri ilə əlaqədar məzunlar arasında ictimai qayda pozuntusu və yol hərəkəti qaydaları əleyhinə inzibati xəta aşkar olunmayıb. Öncədən xəbərdaredici çağrışlarımıza məsuliyyətli mübasibət sərgiləyən bütün vətəndaşlarımıza təşəkkür edir, gənclərimizə isə gələcək həyatlarında uğurlar arzu edirik! Yolunuz açıq olsun!

www.102info.az
