Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yoxlama tədbirləri keçirilib

Daxili İşlər Nazirliyi Yol patrul xidməti

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı avtomobillərində əlavə konstruksiya dəyişikliyi edən sürücülər saxlanılaraq barələrində müvafiq qaydada tədbirlər görülüb. Həmin sürücülərlə profilaktiki söhbətlər aparılıb, törətdikləri qayda pozuntusu izah olunub. Sürücülərdən biri isə polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayıb. Həmin şəxs polis şöbəsinə dəvət edilib və barəsində inzibati qaydada protokol tərtib olunub. Onun barəsində toplanmış materiala hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və qərara əsasən inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir