❗ Kantenerdən avtomabil yağları oğurlayan şəxs

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ərazidən keçən qatarın tərkibindəki platforma vaqonundan ayrı-ayrı qablarda ümumilikdə 20 ədəd avtomobil yağı və 30 ədəd yağ filtrləri oğurlamaqda şübhəli bilinən rayonun Ləcət kənd sakini Sergey Atamanenko saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir