Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Azərbaycan Atletika Federasiyası, Gənclər və İdman Nazirliyinin birə təşkilatçılığı ilə tədbir keçirilib

Cəmiyyət

Gəncə şəhər Heydər Əliyev Park kompleksində Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Azərbaycan Atletika Federasiyası, Gənclər və İdman Nazirliyinin birə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə Azərbaycan Atletika Federasiyanın prezident Cavid Qurbanov, Atletika Federasiyanın vitse-prezidenti, Millət vəkili Könül Nurullayeva, Millət vəkilləri Aqil Məmmədov, Müşviq Cəfərov, Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşları, digər rəsmi qonaqlar, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra dövlət himni səsləndirilib.

Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov atletika ilə məşğul olaraq aktivliyinin artırılmasına yönəlmiş bu cür layihələrin mühüm əhəmiyyət kəsb etdiyini və gələcəkdə daha geniş miqyasda keçirilməsinin vacib olduğunu bildirib. Federasiya rəhbəri atletika ailəsi adından qapıların hər kəsin üzünə açıq olduğunu qeyd edərək iştirakçılara uğurlar arzulayıb.

Yarışda 1-ci, 2-ci, 3-cü yer tutan idmançılara diplom, hədiyyə və pul mükafatı təqdim olunub.

Tədbir musiqiçilərin ifasında rəngarəng konsert proqramı ilə davam edib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir