Nəsimidə növbəti “Abad həyət” istifadəyə verildi – Fotolar

Sosial

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Nəsimi rayonunda həyata keçirilən silsilə tədbirlər çərçivəsində abadlıq və quruculuq işləri istiqamətində tədbirlər həyata keçirilir.

“Qafqazinfo” xəbər verir ki, aparılan abadlıq və yenidənqurma işləri nəticəsində 800-dən artıq sakinin yaşadığı S.Vurğun küçəsi 112 saylı 14 girişli, 5 mərtəbəli binanın yerləşdiyi ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.

Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanıb, görülən işlərə görə rayon sakinləri ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir