312 nömrəli tam orta məktəbdə Ulu Öndərin anadan olmasının 100 illik yubileyi münasibətilə “Azərbaycanın sönməz günəşi” adlı tədbir keçirildi

Sosial Təhsil

2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirilir. Tədbirlər planına uyğun olaraq 312 nömrəli tam orta məktəbdə Ulu Öndərin anadan olmasının 100 illik yubileyi münasibətilə “Azərbaycanın sönməz günəşi” adlı tədbir keçirildi. Tədbir müəllim Nigar MəmmədovaÜlviyyə Əmirlinin rəhbərliyi ilə təşkil olunmuşdur. Tədbirdə Nizami rayon İdman və Gənclər idarəsinin əməkdaşı Valeh Əmrahov, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının reijssoru və aktyoru Elməddin Dadaşov, valideynlər, müəllimlər və şagirdlər iştirak etmişdir. 
Dövlət Himnin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Fidan Axundova Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yolu haqqında şagirdlərə məlumat verdi.
Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən videoçarx nümayiş olunduqdan sonra VI sinif şagirdləri “ Azərbaycan ”  və “Ulu bir sərkərdə, ulu bir öndər” mahnılarını xormeystr Aysel Rzayeva və konsertmeystr İlahə Qasımovanın müşayəti ilə ifa etmişdir. Tədbirin qonaqları kamança ifaçısı Könül Vəliyevanın , televiziya muğam müsabiqəsinin qalibi Nisbət Sədrəyevanın ifasında adı tariximizin ən şanlı səhifəsinə əbədi yazılan dövlət xadiminə həsr olunmuş mahnılar səsləndirildi. Şagirdlərin ifasında “Heydər Əliyev” , “Bir dahi doğulub gəldi dünyaya” , “El bilir ki, sən mənimsən” şeirləri dinlənilmiş, “Odlar yurdu”, “ Vals” və “Şuşanın dağları” rəqsləri nümayiş etdirilmişdir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir