Vilayət Eyvazov məşhur DYP rəisini işdən azad etdi

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Cəmşid Hənifəyev tutduğu vəzifədən azad edilib. 102info.az-ın əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Cəmşid Hənifəyev xidmətdə olmanın son yaş həddinə görə təqaüdə göndərilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Cəmşid Hənifəyev vaxtilə Bakıda avtoxuliqanlara və sərxoş sürücülərə qarşı sərt mübarizə göstərməklə məşhurlaşan rəislərdən biri olub.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir