Şamaxıda əvvəllər dəfələrlə məhkum olunmuş şəxsdən “Kalaşnikov” avtomatı götürülüb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Şamaxıda əvvəllər dəfələrlə məhkum olunmuş şəxsdən “Kalaşnikov” avtomatı götürülüb.
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 102info.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ceyhun Kafi şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərində daşıdığı çantadan “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 30 ədəd patron aşkar edilərək götürülüb. C.Kafi ifadəsində silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına baxmayaraq polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir