Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs DYP tərəfindən ifşa olunub

Daxili İşlər Nazirliyi Yol patrul xidməti

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının Xüsusi taqımının əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.

Belə ki, Fərman İsgəndərov idarə etdiyi “KİA” markalı, 99-DP-530 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyi üçün yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.

Müayinə zamanı F.İsgəndərovun narkotik maddə qəbul etməsi müəyyən olunduğundan barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.İsgəndərov sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir