Xəbər verildiyi kimi, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı bələdiyyəsinin balansında olan qəbiristanlıqda məzarların dağıldılması faktına görə Sabunçu rayon polis idarəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Həyata keçirilən intensiv tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, qəbirstanlıqda təmir işləri görən 1989-cu il təvəllüdlü Seymur Daxilov saxlanılaraq cinayət məsuliyyətə cəlb edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
www.102info.az
