Xızı polisi şəhid ailələrini ziyarət edib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Respublikanın bütün bölgələrində olduğu kimi Xızı rayonundan olan şəhid ailələri də hər zaman diqqət mərkəzindədir.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan 102info.az-a verilən məlumata görə Xızı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Xızı rayonundan olan 1-ci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilib. Şəhidlərin əziz xatirələri yad edilib, onların həyatı və keçdikləri döyüş yolu haqqında söhbətlər aparılıb. Daha sonra şəhid ailələrinə bayram sovqatları verilib.
Eyni zamanda polis əməkdaşları tərəfindən aztəminatlı ailələrə və tənhalara bayram sovqatları verilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir