Xaçmaz polisi xanımları “8 Mart” münasibətilə təbrik edib

Azərbaycan Polisi Yol patrul xidməti

Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanım sürücü və piyadaları təbrik ediblər.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, rayon ərazisində, xüsusilə mərkəzi yollarda sükan arxasında olan qadın sürücülər saxlanılıb. Polis əməkdaşları həmin sürücüləri, eləcə də nəqliyyat vasitəsində olan xanımları, azyaşlıları təbrik edərək onlara gül və müxtəlif hədiyyələr veriblər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir