Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi Yol patrul xidməti

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Abşeron rayonunun Sulutəpə qəsəbəsi ərazisində manevr qaydasını pozan “KİA” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü, Bakı şəhər sakini Eldar Bağıyev şübhə doğurduğundan tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən, onun narkotik vasitənin təsiri altında olması müəyyən olunub.
Avtomobil duracağa yerləşdirilib, E.Bağıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunub.
Şəxsi axtarış zamanı ondan 7 qrama yaxın marixuana da aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir