Baş DYP İdarəsinin hərəkət iştirakçılarına MÜRACİƏTİ

Daxili İşlər Nazirliyi Yol patrul xidməti

Bəzi yollarda duman var: Baş DYP İdarəsinin hərəkət iştirakçılarına MÜRACİƏTİ.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ)
bölmə rəisi, polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın digər rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb və bu da sürücülərə ciddi çətinliklər yaradır.

Qeyd olunanları nəzərə alaraq, bütün sürücülərə sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir