Baş DYP İdarəsinin əməkdaşları tələbələrlə görüş keçirib

Daxili İşlər Nazirliyi Yol patrul xidməti

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş leytenantı Pərvanə Muradova Ali təhsil müəssisələrində tələbələrə yol hərəkəti təhlükəsizliyi qaydaları eləcədə təhlükəsizlik mədəniyyətinin gənc nəsildə düzgün şəkildə formalaşdırılması məqsədilə tədbirlərə başladıqlarını bildirib. İlk belə tədbir isə Azərbacan Memarlıq və İnşaat Universitetində baş tutub. O təəssüf hissi ilə bildirib ki yol nəqliyyat hadisələri təhlil olunduqda 17-29 yaş qrupuna daxil olan gənclərində hadisə qurbanları içərisində tutumu yüksəkdir. Hər bir gəncin yüksək bilik və bacarıqlarını formalaşdlırmağı ilə yanaşı nizamlı-intizamlı olması xüsusəndə həyati əhəmiyyəti yüksək olan yol hərəkəti qaydalarına ciddi əməl etməsi cəmiyyətimizin inkişafı üçün olduqca əhəmiyyətlidir. Belə tədbirlərin ilin sonunadək Bakı şəhərində bütün ali məktəblərdə keçirilməsi nəzərdə tutulur. Yol polis olaraq bütün ali məktəblərin rəhbərliklərinə təhlükəsiz gələcək naminə bu cür tədbirlərin təşkil olunması üçün zəruri köməkliyi və dəstəyi əsirgəməməyidə xahiş edirik!

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir