Baş Dövlət Yol Polisi İdarəsində bütün rayon DYP qurumlarının əməkdaşlarının iştirakı ilə online formada iclas keçirilib

Daxili İşlər Nazirliyi Yol patrul xidməti

Bayram günlərində yol-nəqliyyat hadisələrinin qarşısının alınması, insanların rahat və təhlükəsiz hərəkətinin təmin olunması və bu istiqamətdə görüləcək işlər barədə Baş Dövlət Yol Polisi İdarəsində bütün rayon DYP qurumlarının əməkdaşlarının iştirakı ilə online formada iclas keçirilib.
İclasın yekununda sürət həddini, ötmə və manevretmə qaydasını pozan sürücülərə qarşı nəzarət tədbirlərinin daha da gücləndirilməsi, sürət həddinin daha çox pozulduğu yol sahələrində xətanı elektron formada aşkar edə bilən i-patrul avtomobillərinin sayının daha da artırılması, sürücülərlə yanaşı sərnişinlərində təhlükəsizlik kəmərlərindən istifadəsinə xüsusi diqqət ayrılması və bu istiqamətlərdə təbliğat işlərinin gücləndirilməsi qərara alınıb.
Bir daha Novruz Bayramı münasibəti ilə hər kəsi təbrik edir və yollarda diqqətli olmağa dəvət edirik.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir