Azərbaycan Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları necə təşəkkül tapdı?!

Hüquq

Azərbaycan Təhlükəsizlik Orqanlarının yaranmasından 104 il ötür. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulan Azərbaycan Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları, ötən əsrin ortalarından başlayaraq xalqımızın Ümummilli Lideri, müasir Dövlətimizin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan Təhlükəsizlik Orqanlarında çalışdığı vaxtlardan etibarən inkişaf mərhələsinə qədəm qoyaraq formalaşmağa başlamışdır. Beləcə Ulu Öndər Heydər Əliyevin hələ ötən əsrin ortalarında bu sahəyə rəhbərlik etməsi, Azərbaycan Xüsusi Xidmət Orqanlarının təşəkkül tapmasına şərait yaratdı. 1967-ci ildə Dahi Şəxsiyyət Heydər Əliyev bu orqanlara rəhbər təyin olunana qədər Azərbaycan Təhlükəsizlik Qüvvələrinə qeyri-azərbaycanlı şəxslər rəhbərlik etmişlər və bu sovet ruhlu anti-Azərbaycançı şəxslərin hər biri məhz Azərbaycanın və xalqımızın, xüsusən Azərbaycançılığın‚ Dövlətçiliyimizin əleyhinə çalışmışlar. Heydər Əliyevin bu sahəyə rəhbərlik etməsi Təhlükəsizlik və Xüsusi Xidmət Orqanlarında hələ sovet dövründə Azərbaycançılıq ruhunu‚ vətənpərvərlik hisslərini yüksəltmişdir.
Məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyət başına qayıdışından sonra Azərbaycan Təhlükəsizlik Orqanları növbəti inkişaf və intibah mərhələsinə qədəm qoydu. Hər sahəyə böyük diqqət və qayğı göstərən dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan Təhlükəsizlik Qüvvələrinin xüsusi formalaşmasına və daha da gücləndirilməsinə məxsusi diqqət ayırdı. Hər sahədə böyük islahatlar aparan zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev bütün sahələrdə və strukturlarda yenidənqurma işləri həyata keçirtdi ki, bunlardan ən mühüm olanı, ölkənin təhlükəsizliyinin və sabitliyinin qorunması yönündə Azərbaycan Təhlükəsizlik və Xüsusi Xidmət Orqanlarının yüksək peşəkarlıqla yenidən qurulması idi. Bu gün Azərbaycan Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları yüksək çevikliklə və peşəkarlıqla çalışaraq ölkəmizin təhlükəsizliyinin qorunmasını təmin edirlər. 1997-ci ilin martın 23-də Ulu Öndər Heydər Əliyevin fərmanı ilə‚ Təhlükəsizlik və Xüsusi Xidmət Orqanlarının ilk yarandığı gün‚ 28 mart tarixi Azərbaycan Təhlükəsizlik və Xüsusi Xidmət Orqanlarının peşə bayramı olaraq qəbul edilib.
Ölkəmizin, xalqımızın və Dövlətimizin təhlükəsizliyinin qorunmasında, Dövlətimizin maraq və mənafeyinin təmin edilməsində vicdanla çalışan bütün Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları işçilərinin peşə bayramını təbrik edirik.

M. Məmmədov

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir