Tbilisi şəhərində Azərbaycan-Gürcüstan Gənclərinin 1. Qarabağ Forumu keçirilib-FOTO

Sosial

Tbilisi şəhərində Mirzə Fətəli Axundov muzeyində Azərbaycan-Gürcüstan Gənclərinin 1. Qarabağ Forumu keçirilib.

İnterpress.ge xəbər verir ki, forum Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə baş tutub.

Forum başlamazdan əvvəl ilk olaraq Türkiyədə baş vermiş zəlzələdə dağıntılar altında qalaraq faciəvi şəkildə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin açılışını edən Toğrul Allahverdiyev ilk olaraq tədbir iştirakçılarını salamlayıb və Gürcüstanda bu cür görüşlərin keçirlməsinin önəmindən danışıb.

Azərbaycan-Gürcüstan Gənclərinin 1. Qarabağ Forumunda gürcüstanlı gənclər, QHT nümayəndələri, media təmsilçiləri və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin nümayəndəsi Eldar Bayramov iştirak edib.

Forumda Gürcüstan və Azərbaycan arasında mövcud olan yüksək səviyyəli əlaqələr dəyərləndirilərək, gənclərin və medianın əlaqələrimizin inkişaf mərhələsinə qatqısı və gələcək perspektivlər müzakirə olunub.

Tədbirin sonunda bir sıra gənclərə sertifikatlar təqdim olunub və muzeyin direktor müavini Leyla Əliyevaya tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə təşəkkürnamə təqdim edilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir