Qax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Baydarlı kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə çıxış edən polis şöbəsinin rəis müavini, polis mayoru Eldəniz Mustafayev narkotikin insan orqanizminə, sağlamlığına vurduğu zərərlərdən danışıb, ölkəmizdə narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən söz açıb. O, yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin mütəmadi olaraq aparılmasının vacibliyini vurğulayıb.
Daha sonra çıxış edənlər də narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən danışıb, narkotik vasitələrin fəsadları barədə məktəblilərə geniş məlumat veriblər.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.



www.102info.az
