Narkomaniya ilə mübarizə sahəsində polis əməkdaşları tərəfindən təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Ağsu rayonunun Kəndoba kənd tam orta məktəbində şagirdlərlə keçirilən növbəti görüşdə “ağ ölüm”ün səbəb olduğu faciələr barədə onlara ətraflı məlumat verilib.
Çıxış edənlər narkotik vasitələrin zərərlərindən danışıb, bu bəla ilə mübarizədə maarifləndirmə, təbliğat və profilaktika işlərinin səmərəli şəkildə aparılmasının vacibliyini vurğulayıblar.
Sonda mövzu ətrafında məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


www.102info.az
