DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun məlumatı :
Siyəzən rayonu ərazisində yaşayan 62 yaşlı Nazilə İsmayılova 2023-cü il yanvarın 24-də yaşadığı ünvandan çıxıb gedərək bir daha geri qayıtmayıb.
Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 – Zəng Mərkəzi”nə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinin (023) 304 13 03 şəhər və (070) 733 83 19 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
www.102info.az
