TƏBİB media nümayəndələrinə müraicət edib

Ölkə

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) media nümayəndələrinə müraicət edib.

102info.az xəbər verir ki, qurumun ictimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədliova deyib ki, bu gündən etibarən KİV nümayəndələri sorğuları TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin 077-223-70-00 nömrəsinə ünvanlaya bilərlər.

“Nömrənin “WhatsApp” hesabı da aktivdir. Bütün müraciətlər tərəfimizdən növbəli şəkildə, operativ olaraq qeydiyyata alınacaq və qısa zaman ərzində onların cavablandırılması təmin ediləcək. Xatırladım ki, iş günləri ərzində (I-V günlər, saat 09:00-18:00) planlı sorğular üçün press@tabib.gov.az elektron poçt ünvanı da aktivdir. Müraciətinizin sonunda zəhmət olmasa, adınızı, soyadınızı, əlaqə nömrənizi və təmsil etdiyiniz kütləvi informasiya vasitəsinin adını qeyd etməyi unutmayın”, deyə Zamirə Ədliova qeyd edib.

Qeyd edək ki, TƏBİB jurnalistlərlə operativ işləyən qurumlarndan biridir.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir