Sabunçu rayonunda qaydalara əməl etməyən sürücü
və piyadalara qarşı profilaktik tədbir keçirilib

Daxili İşlər Nazirliyi Yol patrul xidməti

Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları sürücü və piyadalar arasında təbliğat işlərini davam etdirir. Rayon ərazisində keçirilən tədbir zamanı ilk növbədə qadağan olunmuş saatlarda ağır tonnajlı yük avtomobilləri ilə yola çıxan sürücülər aşkarlanıb və onların barəsində tədbirlər görülüb. Daha sonra xeyli sayda sürücünün maşını avtobus dayanacağında park etdiyi aşkar edilib. Tədbir zamanı vurğulanıb ki, avtomobillərin dayanacaqda saxlanılması avtobusların ikinci cərgədə dayanmasına səbəb olur. Bu da öz növbəsində sərnişinlər həyatları üçün təhlükə yaradır.
Yol polisinin keçirdiyi tədbir zamanı avtomobili səkilərdə, piyada keçidlərinin üzərində, qadağan olunmuş digər yerlərdə saxlayan onlarla sürücü də aşkar olunub və hər biri barəsində qanunauyğun tədbir görülüb. Profilaktik tədbir zamanı keçidlərdən istifadə etməyən, piyadalara da rast gəlinib və 17 piyada barəsində inzibati tədbir görülüb. Sabunçu rayonu ərazisində cür profilaktik tədbirlər mütəmadi olaraq davam ediriləcək.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir